Dünən Türkiyənin paytaxtı Ankarada törədilən partlayış nəticəsində ölən 28 nəfərdən 22-si hərbi pilotdur. APA-nın xəbərinə görə, bu barədə Ülkü TV məlumat yayıb. Telekanal bununla balı ölkədə matəm elan olunmasını tələb edib.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu isə bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzv ölkələrinin (ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniya) Türkiyədəki səfirləri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.
Onun sözlərinə görə, səfirlərə "Demokratik birlik" (PYD) və YPG-nin (kürd xalq özünümüdafiə dəstələri) terror təşkilatları olduqlarını sübut edən faktlar təqdim ediləcək.
Ə.Davudoğlu qeyd edib ki, ümumiyyətlə, Türkiyə XİN bütün xarici diplomatik missiyalara PYD və YPG-nin terror təşkilatları olduqlarına dair sübutlar təqdim edəcək.