PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin silahlı qruplaşması olan YPG ələ keçirdiyi aerodroma Abdulla Öcalanın adını verib.
APA-nın "The Times” qəzetinə istinadən xəbərinə görə, Suriyanın Azez şəhəri yaxınlığındakı Minnağ aerodromunun adı dəyişdirilərək, "Serok Apo" ("Öndər Apo”) adlandırılıb. BBC isə YPG-nin Türkiyə Silahlı Qüvvələrinin beş gündür top atəşinə tutduğu Tel-Rıfat şəhərinin adını "Arpet" olaraq dəyişdiyini barədə məlumat yayıb.