"Qaz təchizatı baxımından Azərbaycan Gürcüstanın strateji tərəfdaşı olduğu üçün hələlik biz İran qazının nəqli ilə bağlı qərar qəbul etməmişik". "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili yerli "GDS" telekanalının efirində deyib.
Nazir müavini etiraf edib ki, İran qazı Azərbaycan və Rusiyadan nəql olunan qazla müqayisədə bahadır.