Türkiyə Suriya ilə cənub sərhədləri boyunca 10 kilometrlik dərinliyində təhlükəsizlik zolağı yaradılmasını istəyir. Ankara bildirib ki, məqsəd bu ərazidə demoqrafik vəziyyətin dəyişməsinə yönəlmiş cəhdlərin qarşısını almaqdır.
Baş nazir müavini Akdoğan fevralın 17-də bildirib ki, Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə Türkiyə sərhədinə doğru yaxınlaşıb. Onun sözlərinə görə kürd döyüşçüləri bundan istifadə edərək digər üsyançı qruplardan ərazilər ələ keçirib.
Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyi və qaçqınları qorumaq üçün çoxdandır ki, Suriya üzərində uçuşsuz zona da daxil olmaqla, təhlükəsizlik zolağı yaradılmasını təkid edir.