ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers hesab edir ki, 100 dollarlıq əskinazı "öldürərək" dövriyyədən çıxarmaq lazımdır. Trend-in məlumatına görə, "The Washington Post" qəzetindəki məqaləsində L.Sammers yazır ki, bu addım korrupsiya ilə mübarizədə önəmlidir.
Onun sözlərinə görə, yüksək nominallı əskinazlarla 1 milyon dolların bir kilodan az çəkisi var - daşınması və ötürməsi çox asandır: "Amma bir milyon dollar xırda əskinazlarla olduğu halda çəkisi 20 kiloqramdan artıq olacaq".
L.Sammers hesab edir ki, eyni məqsədlərlə 500 avroluq əskinazdan da imtina etməyə ehtiyac var.