Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu fevralın 17-nə planlaşdırılıb. Trend Rambler News Service-ə istinadən xəbər verir ki, görüşə İran və İraq nümayəndələri də qatılacaqlar.
Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.