Rusiyanın energetika naziri Aleksandr Novakın OPEC-ə üzv olan bəzi ölkələrin nümayəndələri ilə Qatarın paytaxtı Doha şəhərində keçirdiyi görüşdə neftin hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılıq əldə olunub. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh əl Səda bildirib.