Rusiyada Azərbaycan vətəndaşı Ramin Sultanova məxsus "Piramida” ticarət mərkəzi söküləcək.
APA-nın "moscow-baku.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Moskva ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib. Onun sözlərinə görə, fevralın 24-də söküləcək 1500 kv.m ərazisi olan ticarət mərkəzinin yerində sakinlərin dincəlməsi üçün istirahət parkı salınacaq. Ticarət mərkəzində yerləşən kosmetika dükanları artıq bağlıdır. Mərkəzdəki mağaza sahibləri ərazini boşaltmağa başlayıblar.