"Cavab tədbiri olaraq Rusiyada Ukraynadan gələn bütün növ nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyula bilər”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya baş naziri Dmitri Medvedev deyib.
O bildirib ki, müvafiq beynəlxalq normaların pozulmasına adekvat şəkildə cavab vermək lazımdır. Baş nazir qeyd edib ki, Rusiya yük maşınlarının Ukraynada saxlanılmasına cavab olaraq Ukraynadan gələn bütün nəqliyyat vasitələrinə qarşı əlavə tədbirlər görmək lazımdır. "Kiyev vəziyyətə nəzarət edə və ölkədə nizam-intizam yarada bilmir”, - deyə o vurğulayıb.
Rusiya baş naziri XİN, Nəqliyyat Nazirliyi və Rusiya səfirliyinin xətti ilə məsləhətləşmələrin aparılması barədə tapşırıq verib.