Türkiyənin “cumhuriyet.com.tr” nəşrinə istinadən Ermənistanın “alphanews.am” nəşri yazır:- “Türkiyəli tarixçi Nurxan Çətinkaya araşdırma apararaq katolik dünyasının yeni ruhani lideri Papa XIV Leo-nun erməni əsilli, Kayseridən olduğunu və onun qohumu olduğunu müəyyən edib. Bu barədə Çətinkaya sosial media hesabında açıqlama verib:- "Onun əcdadları Kayseridən ABŞ-a gedib, orada dini təhsil alıb, sonra isə Vatikana gedib. Və bu gün o, Papa olub. Ana tərəfdən qohumumuzdur. "Bu dünyamıza xeyir-dua olsun". Çetinkaya özü haqqında isə qeyd edir ki, o, erməni əsilli Türkiyə vətəndaşıdır:- "Artıq 5 ilə yaxındır ki, Osmanlı və erməni tarixini araşdırıram. Köklərimi tapmağa çalışıram. 1900-1915-ci illər arasında deportasiya prosesi baş verdi və çoxlu erməni bu torpaqları tərk etdi və onlarrın izləri itdi-batdı. Ana tərəfdən mən Kayseridən (Everek), ata tərəfdən isə Sivaşdanam.
Belə ki, ana tərəfdən nənəmin qardaşı Setrak Parsehian həmin illərdə, yəni 1915-ci ildə Kayserinin Dəvəli bölgəsindən (Everek) Argentinaya mühacirət edib. Sonradan öyrəndim ki, onun oğlu indiki Papa Faruk Parsehiandır və əldə etdiyimiz məlumata görə, o, keşişdir. Onun katolik təriqətinə mənsub olduğunu və Vatikanda böyük uğurlar qazandığını öyrəndik. Təbii ki, biz bunu hələ təsdiq edə bilmərik. Çünki onunla görüşməmişik. Mən onun Kayseridən olduğunu iddia edirəm. Nəsil şəcərəsinə də baxanda əmin olursan ki, Setrakın oğlunun nəvəsi məhz odur (Papa XIV Leo)”. Budur erməni fərasəti...Yeni Papa hələ işinə başlar-başlamaz ona başa saldılar ki,sən erməni kökənlisən,köküvü unutma...
Surxay Əliyev