NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyada qeyri-rəsmi görüşü başlayır.Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, görüşdə alyansın müdafiə xərcləri və Ukraynada sülh nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq. "Müttəfiqlər bu gün müdafiə xərclərinin idarə edilməsi, bölüşdürülməsi və müdafiə sənayesinin gücləndirilməsindən başlayaraq Ukraynada sülhün bərqərar olması məsələsinə qədər mühüm müzakirələr aparacaq. Bunlar liderlərimizin gələn ay Niderlandda keçirəcəyi görüşə hazırlıq çərçivəsində bu gün müzakirə edəcəyimiz vacib məsələlərdən bəziləridir", - o qeyd edib.
Mətləb