Rusiya bu gecə Ukrayna ərazisinə 500 zərbə endirib

Rusiya Ukrayna ərazilərinə hücum etməkdə davam edir. Son sutka ərzində Rusiya hərbçiləri Ukraynanın Zaporojye vilayətində on yaşayış məntəqəsinə 500 zərbə endirib. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
"Rusiya qoşunları Stepnoqorsk, Kamenskoye, Qulyaypole, Krasnıy və Zeleni Qaya 8 hava zərbəsi endirib. 283 müxtəlif modifikasiyalı PUA Kamenskoye, Qulyaypole, Şerbaki, Novodanilovka, Malaya Tokmaçka, Volşebnoye və Novodarovkaya hücum edib", - o, telegramda yazıb. Vilayət həmçinin 5 dəfə yaylım atəşli reaktiv sistemlərdən (MLRS), 204 dəfə isə artilleriyadan atəşə tutulub.
Mətləb