"Buna imkan verməyəcəyik" - Suriya lideri xalqa müraciət etdi

Suriyanın müvəqqəti keçid prezidenti Əhməd əş-Şaraa ölkə vətəndaşlarına müraciət edib. Müraciət “Əl-Cəzirə” telekanalı tərəfindən yayınlanıb.Suriya lideri müraciətində bildirib ki, Suriya hakimiyyəti ölkənin bölünməsinə və əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcək. SİTAT: "Suriya bundan sonra hakimiyyət mübarizəsi meydanı və ya xarici ambisiyaların reallaşdırılması platforması olmayacaq. Biz Suriyanın parçalanmasına və xalqımızı parçalamağa yönəlmiş əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcəyik".
Mətləb Salahov