Çin bunu da etdi - təyyarədən daha sürətli ilk qatar!

Çin texnologiya sahəsində daha bir yeniliyə imza atıb. Belə ki, Çin Aviasiya və Kosmik Sənaye Korporasiyası (CASIC) tərəfindən hazırlanmış yeni nəsil maqnit levitasiya (maglev) qatarı “T-Flight” dünyada quru nəqliyyatı üçün əsl yenilik sayılmalıdır. Saatda 1000 kilometr sürət qət edən bu qatar, təyyarələrdən belə daha sürətli hərəkət edir. Datong şəhərində yerləşən və 2 kilometrlik aşağı təzyiqli test tunelində sınaqdan keçirilən T-Flight qatarı, sürətlənmə, yavaşlama və maqnitlə havada qalma testlərini uğurla tamamlayıb.
Qatarın ən mühüm texniki özəlliklərindən biri onun relslərə toxunmadan, güclü maqnitlər vasitəsilə havada hərəkət etməsidir. Düşürülmüş hava təzyiqinə malik tunel strukturu sayəsində hava müqaviməti minimuma endirilir, bu isə həm səssiz, həm də sürətli nəqliyyat imkanı yaradır.
Mətləb