Tramp Qətərlə ən azı 1,2 trilyon dollarlıq saziş imzaladı...

Yaxın Şərq turu çərçivəsində Qətərə rəsmi səfər edən ABŞ prezidenti Tramp bu ölkə ilə iqtisadi əməkdaşlıq çərçivəsində ən azı 1,2 trilyon dollarlıq müqavilə imzalayıb.
Bununla bağlı Ağ Evin açıqlamasında, ABŞ və Qətər arasında “Boeing” təyyarələri və GE Aerospace mühərriklərinin Qatar Airways-ə satışı da daxil olmaqla, ümumi məbləği 243,5 milyard dollardan çox olan iqtisadi razılaşmaların da əldə edildiyi qeyd edilib.
Bunun “Boeing”in bu günə qədər ən böyük geniş gövdəli təyyarə sifarişi olduğu bildirilib.
TAHİR