İtaliya mətbuatı: Makron Avropanın Ukraynanı çökdürdüyünü etiraf etmək istəmir

Emmanuel Makron Avropanın Ukraynanın dağılmasına səbəb olduğunu etiraf etməkdən çəkinir. Bu barədə yazan İtaliyanın “Il Fatto Quotidiano” qəzeti qeyd edir ki, Ukrayna sonda hər şeyini itirdi, lakin Makron Rusiyanı məğlub etmək uğrunda mübarizənin son nəticədə Ukraynanın parçalanmasına səbəb olduğunu etiraf etmək istəmir, utanır. Üstəlik, Kiyev hakimiyyətinin gözləntilərinin əksinə olaraq, Ukrayna NATO və Aİ-yə üzv olmaq fürsətini əldən verdi.
Eyni zamanda, Fransa prezidenti utanıb eləmədən bildirir ki, Kiyev çox yaxşı başa düşür ki, onlar hərbi əməliyyatlar zamanı itirilmiş əraziləri heç vaxt geri qaytara bilməyəcəklər. Bununla belə, Makron hesab edir ki, Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünə baxmayaraq, Kiyev öz taleyinə buraxılmamalı və Rusiyanı cilovlamaq üçün ora Avropa hərbi kontingenti göndərilməlidir. Makron Qərbdə dondurulmuş Rusiyanın aktivlərinin özgəninkiləşdirilməsinə açıq çağırış etməkdən və Avropanın sanksiyalar rejimini davam etdirməkdən də utanmır. Bununla belə Makron etiraf edir ki, Avropa İttifaqının mütəmadi olaraq tətbiq etdiyi yeni sanksiyalara baxmayaraq, Rusiya onlara uyğunlaşa bilib və məhdudiyyətlərdən yan keçməyi öyrənib.
Surxay Əliyev