Çərşənbə axşamı axşam üç saatlıq televiziya müsahibəsi zamanı Fransa prezidenti İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid edərək, bunu "rüsvayçılıq" adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu buna görə,Fransa prezidenti Emmanuel Makronu qınayıb və deyib ki, o, “bir daha HƏMAS-ın tərəfində olmaq qərarına gəldi”.
"İslamçı terror təşkilatlarına qarşı mübarizədə demokratik düşərgəsini dəstəkləmək və girovları azad etməyə çağırmaq əvəzinə, Makron bir daha İsrailin təslim olmasını və terrorun mükafatlandırılmasını tələb edir", - deyə Benyamin Netanyahu çərşənbə günü X sosial media hesabındakı paylaşımında bildirib və əlavə edib ki, "İsrail dayanmayacaq və təslim olmayacaq".Fransa prezidentinin müsahibəsi İsrailin müdafiə naziri İsrael Kats tərəfindən də tənqid edilib: - "Fransada yəhudilərin başına gələnləri yaxşı xatırlayırıq. Qoy Prezident Makron bizə əxlaqla bağlı mühazirə oxumasın. Özlərini İsrailin dostu adlandıranlar İsrail dövlətini məhv etməklə hədələyən Həmas terror təşkilatının tərəfində dururlar".
İsrail Katz əlavə edib ki, "İsrail Silahlı Qüvvələri çətin şəraitdə misilsiz əxlaq səviyyəsində fəaliyyət göstərir - əlbəttə ki, Fransanın keçmiş müharibələrində etdiyindən daha çox əxlaqla "-deyə Katz Fransanın bostanına daş atmağı da unutmayıb. İsrail rəsmilərinin açıqlamaları Emmanuel Makronun çərşənbə axşamı axşam üç saatlıq televiziya müsahibəsinə cavab olaraq səslənib.
Surxay Əliyev