Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın ən son elektron müharibə sistemi “KRAB”a çıxış əldə edib. Bu barədə “Intelligence Online” xəbər verir. Kompleks Ukraynanın FPV dronlarına qarşı nəzərdə tutulub. Qərb kəşfiyyat agentliklərinin fikrincə, CRAB sadəcə susdurucu deyil, aşkarlama, ələ keçirmə, kəşfiyyat və koordinasiyanı birləşdirən mürəkkəb şəbəkə arxitekturasıdır. Bu qurğular 25 km-dən çox məsafədə FPV dronlarının video lentlərini tutmağa qadirdir ki, bu da operatorları müəyyən etməyə və əks-hücuma keçməyə imkan verir. Rusiya tərəfi hələlik bu məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Surxay Əliyev