14 may 2025-ci ildə Hindistan öz ərazisində Türkiyənin ictimai yayımı olan “TRT World” və Çin dövlətinə məxsus “Global Times”-ın X sosial media hesablarına girişi bloklayıb. Buna səbəb isə bu KİV-lərin Pakistanla münaqişənin gərginləşməsi zamanı Hindistan Hərbi Hava Qüvvələrinin itkiləri, həmçinin beş təyyarənin, o cümlədən üç Fransız Rafale, bir MiQ-29 və bir Su-30MKI-nin vurulması barədə məlumatların dərc edilməsi olub. Hindistan hökumətinin qərarı Kəşmirdə vəziyyətin gərginləşməsi fonunda ordunun imicinə xələl gətirə biləcək məlumatların yayılmasının qarşısını almaq cəhdi kimi qiymətləndirilir. Pakistan Hindistanın beş təyyarəsini vurduğunu iddia edərkən, Hindistan yalnız ikisinin itdiyini təsdiqləyib. Bu xəbərlər Yeni Dehlinin kəskin reaksiyasına səbəb olub, Reuters xəbər verir ki, o, itkiləri təkzib edərək medianı “təbliğat”da ittiham edib.
Surxay Əliyev