Sözügedən görüş Trampın sanksiyaları ləğv etmək qərarından bir gün sonra baş tutdu. Tramp və Şaraa arasında keçirilən görüşə prezident Rəcəb Tayyib Ərdoğan onlayn şəkildə qatılıb. Beynəlxalq agentliklər görüşdə şahzadə Salmanın da iştirak etdiyini bildirir. Tramp mövzu ilə bağlı son açıqlamasında, "Biz Suriya mövzusunda da prezident Ərdoğanla işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməmiz lazım olacaq. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara yeni bir başlanğıc vermək istəyirik" deyə ABŞ prezidenti bildirdi. Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Trampın ölkəsinə qarşı sanksiyaları ləğv edəcəkləri barədə açıqlamasını alqışladıqlarını və bu inkişafı “Suriya xalqı üçün tarixi dönüş nöqtəsi” kimi qiymətləndirdiklərini bildirib.Xəbər Suriyada sevinclə qarşılanıb.
Surxay Əliyev