Pakistan Hindistanlı diplomata 24 saat vaxt verdi - "ölkəni tərk et!"

Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə "arzuolunmaz şəxs" elan edib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. "Bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qoruyub saxlamaq öhdəliyini əks etdirir", - məlumatda qeyd olunub.
Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırılıb və orada ona müvafiq demarş verilib. Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşı 24 saat ərzində Pakistanı tərk etməlidir.
Mətləb Salahov