Qazaxıstanda çətənə sahələri barədə yeni qərar veriləcək. Qazaxıstan mediasının yazdığına görə, sənaye məqsədilə becərilməsinə icazə verilən çətənə sortlarının müəyyənləşdirilməsi məsələsi qanunvericilik səviyyəsində tənzimlənmək üzrədir. Ölkənin kənd təsərrüfatı nazirinin müavini Azat Sultanovun sözlərinə görə, tərkibində narkotik maddələr olan çətənə sortlarının becərilməsinə qəti şəkildə icazə verilməyəcək.
Laborator yoxlamalardan tutmuş daxili işlər orqanlarının iştirakına qədər çoxpilləli nəzarət həyata keçiriləcək. Çətənə sahələri hasarlanacaq və mühafizə olunacaq, qanunsuz becərilən bitkilər isə məhv ediləcək.
Mətləb