ABŞ Prezidenti Donald Tramp İsveçrədəki görüşlər nəticəsində Vaşinqton və Pekinin əldə etdiyi ticarət-iqtisadi razılaşmaların Çin bazarını Amerika biznesinə açacağına ümid edir. "Fox News" telekanalı bu barədə xəbər yayıb. Məlumata görə, o, bu barədə Ər-Riyada uçan təyyarədə jurnalistlərə bildirib. "Çin ilə yaranan çox, çox yaxşı razılaşma var. Müqavilənin ən gözəl tərəfi odur ki, Çin ABŞ biznesinə açıq olacaq. Bu, tamamilə yeni dünya açacaq. Düşünürəm ki, bu, Çin üçün də yaxşı olacaq. Ümid edirəm ki, bu müqavilə yerinə yetiriləcək", - ABŞ lideri bildirib.
Mətləb Salahov