Bu barədə “Axios”-un müxbiri Barak Ravid təfərrüatlardan məlumatlı olan mənbəyə istinadən xəbər verib.Öz növbəsində Ağ Ev rəsmisi də Trampın Şaraa ilə görüşəcəyini təsdiqləyib. “Biz hamımız ümid etməliyik ki, Suriyanın yeni hökumətinin fəaliyyəti sabitliyin bərqərar olunmasında uğurlu olacaq”, - deyə Tramp bildirib.
TRAMPIN SƏUDİYA ƏRƏBİSTANINA SƏFƏRİ
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, ABŞ prezidenti Donald Tramp və onları müşayiət edən nümayəndə heyətləri Yamama sarayında Kral Şurasında görüşüblər. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Trampı Ər-Riyaddakı Yamama sarayındakı Kral Divanında rəsmi mərasimlə qarşılayıb. ABŞ prezidenti Trampı müşayiət edən nümayəndə heyətinə bir çox ABŞ rəsmiləri ilə yanaşı, qlobal iş dünyasının aparıcı simaları da daxildir. Qarşılamadan sonra iki lider arasında qısa görüş olub. Görüşün görüntülərini Səudiyyə Ərəbistanının rəsmi “Al-Ihbariyah” kanalı yayıb.
Surxay Əliyev