ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ABŞ-Səudiyyə investisiya forumunda ABŞ dövlət katibi Marko Rubionun cümə axşamı İstanbulda keçiriləcək mümkün Rusiya-Ukrayna danışıqlarına qatılacağını açıqlayıb. Tramp həmçinin ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini və dövlət katibi Rubionun gələn həftə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcəyini açıqlayıb. Tramp Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərarın prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışıqlardan sonra verildiyini bildirib.
Surxay Əliyev