ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. ABŞ mediasının yazdığına görə, Səudiyyə Ərəbistanının hava məkanında Trampın təyyarəsini üç “F-15” qırıcısı müşayiət edib. Onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə görüşəcəyi gözlənilir. Tramp Yaxın Şərq turnesi çərçivəsində çərşənbə günü Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcək.
Mətləb