Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu 17 yaşlı Adəm Kadırov daha bir mükafata - Axmat-Qroznı mobil xüsusi təyinatlı dəstəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş xatirə medalına layiq görülüb. 12 may 2025-ci il tarixində “Chechnya Today” agentliyinin verdiyi məlumata görə, mükafatlandırma mərasimi Qroznıda baş tutub. Növbəti mükafat 2023-cü ilin noyabr ayından respublikanın təhlükəsizlik xidmətinin rəhbəri postunu tutan gənc siyasətçiyə verilən təltiflər zəncirinin daha bir halqası sayıla bilər. Adəm Kadırovun karyerasının sürətli yüksəlişi və yüksək rütbəsi onun gələcəkdə regionun siyasi sistemində xüsusi rol oynamasına hesablanıb.
Adəmə təqdim edilən xatirə medalı Çeçenistan təhlükəsizlik qüvvələrinin əsas bölmələrindən biri olan 2000-ci ildə yaradılmış Axmat-Qroznı OMON-un ildönümünə həsr olunub. Bu, gənc Kadırov üçün ilk mükafat deyil: 2023-cü ilin oktyabrında o, Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, 2024-cü ilin avqustunda isə babası Çeçenistanın ilk prezidenti Axmat Kadırovun adına təsis edilmiş ordenlə təltif edilib.
Surxay Əliyev