Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə edib. Bu barədə TASS agentliyi məlumat yayıb. “Söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar edilməsi səyləri ilə bağlı məsələlər müzakirə olunub”, - məlumatda belə deyilir.
H. Fidan bu gecə həmçinin ABŞ Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə söhbətində Ukrayna nizamlanması məsələsini qaldırıb.
Mətləb