Pakistan Hindistanla danışıqların baş tutacağı təqdirdə üç əsas məsələni, Kəşmir məsələsini, transsərhəd terrorizmi və Hind çayının paylaşılmasını müzakirə etməyə hazırdır. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “Geo News” telekanalına müsahibəsində bildirib.Müdafiə naziri deyib ki, Hindistanla münasibətlərimizdə üç əsas məsələmiz var: Kəşmir, terror və su. Bu problemlər 76 ildir ki, mövcuddur. Pakistan terrorun ən böyük qurbanıdır,ona görə də hesab edirəm ki,bu problemlər,o cümlədən Kəşmir məsələsi həll edilməlidir.Hansı ki,bunlara görə,Pakistan və Hindistan üç dəfə bir-biri ilə döyüşüb. Asifin sözlərinə görə, Hind çayının suyundan istifadə ilə bağlı Hindistanla mübahisə 1960-cı ildə imzalanan müqavilə ilə həll olunub və bu müqviləniYeni Dehlinin birtərəfli qərarı ilə dayandırmaq olmaz. “Hindistanla mayın 10-da atəşkəs razılaşması Pakistanın bu ölkə ilə münaqişədə təmkin və hərbi qüdrət nümayiş etdirməsi nəticəsində əldə edilmiş diplomatik qələbəmiz idi”, - deyə Pakistan İslam Respublikasının müdafiə departamentinin rəhbəri əlavə edib.
Surxay Əliyev