“Trampın HƏMAS-la əlaqəyə girməsi Nitanyahunu dəliyə döndərdi ”

HƏMAS ABŞ-la əlaqə saxlayacağını və Amerika-İsrail vətəndaşı İdan Aleksandrı qeyd-şərtsiz azad edəcəyini açıqlayıb. Ağ Ev bu addımın müsbət qarşılandığını və "dərhal HƏMAS-la sülh danışıqlarına giririz" deyə bildirsə də, İsrail mətbuatına görə, ABŞ və HƏMAS arasındakı birbaşa təmas İsrailin baş naziri Benyamin Netanyahunu dəliyə döndərib. Trampın Netanyahunu dəli edən söhbəti HƏMAS-ın ABŞ administrasiyası ilə keçirdiyi görüş nəticəsində “atəşkəsin yaradılması, Qəzzaya girişlərin açılması və humanitar yardımların anklava daxil olması istiqamətində atılan addımlar olub. Ardınca isə ABŞ-İsrail ikili vətəndaşı əsir düşən əsgər Aleksandrın azad ediləcəyini açıqlanıb.
HƏMAS TÜRKİYƏYƏ TƏŞƏKKÜR ETDİ
Tramp Truth Social hesabından verdiyi açıqlamada əsir əsgər Aleksandrın tezliklə ailəsinə qovuşacağını bildirib və bu yöndə əməyi olanlara təşəkkür edib. ABŞ prezidenti Tramp HƏMAS-ın Aleksandrın azad etmək qərarını vasitəçilər Qətərlə Misirin səylərini “xoş niyyətli addımı” adlandırıb. HƏMAS hərəkatı vasitəçi ölkələr Qətər və Misirə, eləcə də Türkiyəyə proses boyu göstərdikləri səylərə görə təşəkkür edib.
İSRAİLDƏN XƏBƏRSİZ GÖRÜŞ NETANYAHUNU DƏLİ ETDİ
İsrail mediası Kanal 12 Aleksandrin azad edilməsi prosesində HƏMAS ilə ABŞ arasında birbaşa əlaqənin baş tutduğunu bildirib. Kanalın kəşfiyyat mənbələrinə əsaslanan məlumatında Netanyahunun bütün bu baş verənlərdən əsəb böhranı keçirdiyi və ABŞ ilə HƏMAS arasında aparılan danışıqlardan xəbərsiz olduğu bildirilib.
Surxay Əliyev