“Ukraynada atəşkəs və döyüşlərə son qoymaq ABŞ-ın əsas prioritetidir”

ABŞ dövlət katibi Marko Rubio ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi arasında telefon danışığı zamanı Dövlət Katibi Ukraynada atəşkəs və münaqişəyə son qoyulmasını ABŞ administrasiyası üçün əsas prioritet adlandırıb. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, söhbət zamanı Rubio Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini bir daha təsdiqləyib. ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Bizim əsas prioritetimiz döyüşlərə son qoymaq və dərhal atəşkəsə nail olmaqdır”.
Surxay Əliyev