İsrail Qəzzada məktəb binasını bombalayıb, 15 nəfər ölüb

İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər həlak olub. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Xəbərdə deyilir ki, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimalında yerləşən Cəbəliya şəhərindəki qızlar məktəbinə silsilə zərbələr endirib. Bombalama nəticəsində içərisində uşaqlar da daxil olmaqla ən azı 15 sakin həlak olub.
Kanal həmçinin bildirib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ən azı 40 fələstinli ölüb, 80-dən çox insan yaralanıb.
Mətləb Salahov