Öcalan video zəng vasitəsilə konqresə qatıldı

Abdullah Öcalanın dağılma konqresinə peyk telefonu ilə qoşulduğu və 37 dəqiqə türkcə çıxış etdiyi bildirilib. Onunla birlikdə katiblik funksiyasını yerinə yetirən iki terrorçunun olduğu da məlum olub. Qurultayla bağlı bir çox iddialar gündəmdə qalmaqdadır, bunların bəziləri isə DEM Partiyası və terror təşkilatı liderləri tərəfindən təsdiqlənib.
DEM Partiyası İmralı Nümayəndə heyətinin üzvü Pərvin Buldan qurultayı “tarixi” adlandırıb. Öcalanın qurultaya qatılıb-qatılmaması ilə bağlı suala isə Buldan “Yəqin ki, texniki ünsiyyət olub” cavabını verib. Buldan prezident Ərdoğanın məsələ ilə bağlı açıqlama verəcəyini də bildirib.
Surxay Əliyev