"İslamabadla həmrəyik" - Ərdoğandan açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrdən sonra artan gərginliyi müzakirə edib. Türkiyə lideri İslamabadla həmrəy olduğunu, habelə həlak olan pakistanlıların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
Türkiyə Prezidenti Pakistanın balanslaşdırılmış siyasətini dəstəklədiyini bildirib, İslamabadın Cammu və Kəşmirdəki terror aktı ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırmanın aparılması təşəbbüsünü vaxtında edilmiş adlandırıb.
Mətləb