Tramp prezidentliyə varisini göstərdi...

NBC News telekanalına müsahibəsində üçüncü müddətə namizədliyini irəli sürməyi planlaşdırmadığını deyən ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının mümkünlüyü barədə fikirlərini bölüşüb. Ukraynada sülh yaxındırmı? Sualını cavablandıran Ağ Ev rəhbəri həmişə olduğu kimi ziddiyətli fikirlər səsləndirib:- “Ukrayna ilə Rusiya arasında sülh əldə edilə bilməz, lakin razılaşmanın “kifayət qədər yaxın” ola biləcəyinə inanıram”. Tramp deyib ki, danışıqlarda ən böyük çətinlik “bu iki lider arasında bir-birinə çox böyük nifrətin olmasıdır” Amerika lideri yenə Vaşinqtonun danışıqlardan geri çəkilə biləcəyini istisna etməyib, lakin sazişin imzalanması üçün hələ də “çox yaxşı şansın” olduğunu qeyd edib. Üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirən Tramp hazırda vitse-prezident olan Vensi Respublikaçılar Partiyasının namizədi kimi gördüyünə eyham vurub.
Surxay Əliyev