Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

Cənubi Koreyanın keçmiş baş naziri və prezident səlahiyyətlərini icra edən Han Dok Su prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan edib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Keçmiş baş nazir seçkiönü çıxışında vəd edib ki, prezidentlik müddətini azaltmaq üçün konstitusiyaya düzəlişlər edəcək və ticarət sahəsindəki böhranın aradan qaldırılması üçün iqtisadi təcrübəsindən istifadə edəcək.
Han Dok Su mayın 1-də vəzifəsindən istefa verdiyini bəyan edib. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 3-nə təyin edilib.
Mətləb Salahov