Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

Dünyanın ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarru Lukas 116 yaşında vəfat edib. Bu barədə "Agency Franse Presse" Braziliyanın Portu-Aleqri şəhərinin Karmelit Bacıları Konqreqasiyasının bəyanatına istinadən məlumat yayıb.
"Planetin ən yaşlı insanı, 1908-ci il iyunun 8-də anadan olan braziliyalı rahibə İna Kanabarro Lukas çərşənbə günü 116 yaşında vəfat edib", - agentlik onun Portu Aleqri şəhərində yaşadığı Karmelit Bacılar İcmasının bəyanatına istinadən qeyd edir.
Mətləb