Kiyev və Vaşinqton Ukraynada müştərək mədən hasilatı və Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması haqqında saziş imzalayıblar. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş press-relizdə deyilir ki, saziş “Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ABŞ-ın Ukraynanı müdafiə etmək üçün göstərdiyi maliyyə və maddi dəstəyin tanınması ilə” bağlanıb. “Bu iqtisadi əməkdaşlıq iki ölkəyə birgə fəaliyyət göstərməyə imkan verir ki,saziş nəticəsində bizim ortaq aktivlərimiz, istedadımız və imkanlarımız Ukraynanın iqtisadi dirçəlişini sürətləndirsin”, - deyə ABŞ Maliyyə Nazirliyi bildirib. Eyni zamanda, Maliyyə Nazirliyi əlavə edib ki, tərəflər “proqramın necə idarə olunacağının yekun təsdiqini və bu mühüm tərəfdaşlığı inkişaf etdirmək” yolları üzərində işləyəcəklər.
Surxay Əliyev