ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

"O, bu posta namizəd kimi əsl “tünd at” olardı, lakin mən papa konklavından və katolik dindarlarından bir qədər açıq fikirli olmalarını xahiş edərdim! Eyni zamanda ilk dəfə Amerika prezidentinin Papa olmasının özünün bir çox üstünlükləri var", - deyə Qrem X-də yazıb. Bu yazı Trampın Ağ Ev qarşısında jurnalistlərə Katolik Kilsəsinin növbəti rəhbəri olmaq istədiyini söyləməsindən sonra ortaya çıxıb. "Bu mənim bir nömrəli seçimim olardı" deyən Tramp sonradan zarafat etdiyini açıqlayıb.
Növbəti pontifik kimi kimi gördüyünü soruşduqda isə Tramp heç kəsə üstünlük vermədiyini desə də Nyu-York arxiyepiskopu Timoti Dolanın adını çəkib", -deyə Reuters yazır. Lakin indiyədək pontifiklər arasında bir nəfər də də olsun ABŞ vətəndaşı olmayıb.
Surxay Əliyev