İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan bələdiyyə işçiləri ilə birlikdə fəal Artur Çaxoyanı vəhşicəsinə döyüb. Buna səbəb isə Çaxoyanın rəsmiyə xəbərdarlıq edərək onun keçirməli olduğu ictimai müzakirədə iştirak edəcəyini bildirməsi olub. Rayon rəhbərinin qəbulunda fəalı administrasiya işçilərindən biri “danışığa” çağırıb.Digər işçi Çaxoyanı arxadan vurub, bundan sonra digər işçilər də davaya qoşulub.
Surxay Əliyev