Bazar günü günü, 08 noyabr 2026
     

İran yeni inqilabın bir addımlığındadır...

Image


Ötən ilin sentyabrından bəri xalq etirazları nəticəsində ciddi problemlər yaşayan İran rejimi hələ də bundan lazımı nəticələr çıxarmayıb. Elə bu səbəbdəndir ki, İran hakimiyyəti İslam geyim qaydalarını pozan qadınlara qarşı yeni qanun layihəsi hazırlayıb.

Rejimdə daha radikallar isə, pul cərimələri, həbs cəzası, hətta hüquqlardan məhrumetmə kimi sərt cəzaları nəzərdə tutan “hicab və iffət qanun layihəsini” yumşaq adlandıraraq tənqid edib.

Bu addım qadınların hicab qaydasını daha çox pozduğu, hakimiyyət orqanlarının isə hicabın tətbiqi səylərini gücləndirdiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, 22 yaşlı Məhsa Əmininin hicab taxmadığına görə İran əxlaq polisi tərəfindən həbsi və vəfatının ardınca sentyabrda başlanmış hakimiyyət əleyhinə etirazlar qadınları ruhlandırıb. İran İslam İnqilabından iki il sonra, 1981-ci ildə doqquz yaşdan yuxarı qadın və qızlar üçün məcburi hicab qanunu tətbiq edilib. Bu ilin aprelində İran polisi hicab taxmayan qadınları tapıb cəzalandırmaq üçün müşahidə kameralarından istifadə etməyə başlayıb. Eyni zamanda rəsmilər qanun pozucularının SMS xəbərdarlığı alacaqlarını bildiriblər. Onlar qanunun təkrar pozanların böyük cərimələrlə üzləşəcəklərini, mobil telefon və internet xidmətlərindən məhrum olacaqlarını bildirib. İran mətbuatının dərc etdiyi qanun layihəsi qanunu pozanlara cərimə və sosial hüquqlardan məhrum etmədən tutmuş üç ilədək həbsə qədər tədricən sərtləşdirilən cəzaları nəzərdə tutur. Sosial şəbəkələrdə hicab əleyhinə kampaniya aparanların da cəzalandırılacağı bildirilir. Son aylarda məşhurlar da daxil olmaqla daha çox qadın ictimaiyyət qarşısına hicabsız çıxıb. Onlar bu hərəkətlə hakimiyyət orqanlarına, o cümlədən ötən ay ictimai yerlərə hicabsız çıxmağın yasaqlandığını bildirən ali dini lider Ayətullah Əli Xameneyiyə birbaşa etiraz edib. Bəzi qadınlar hicab qanununa etiraz edən foto və videolar paylaşıblar. İndi hazırlanan qanun layihəsində hicabsız qadınları təhqir, təhdid və ya onlara hücum edənlərin cəzalandırılacağı da qeyd olunub. Qadınlar hicab qanununu tətbiq etmək istəyən əxlaq polisi və hökumətyönlü insanlar tərəfindən davamlı şəkildə təzyiq və zorakılığa məruz qaldıqlarından şikayətlənirlər. Düzdür, etirazlar zamanı hakimiyyət hicab qanununun icrası ilə məşğul olan əxlaq polisini ləğv etdi. O vaxtdan bəri rəsmilər qanunun icrası üçün “ağıllı” üsullar üzərində işlədiklərini bildiriblər.

Ədliyyə orqanları tərəfindən hazırlanan qanun layihəsi artıq hökumət tərəfindən bəyənilib və sonra deputatlara təqdim edilib. Qanunun nə vaxt müzakirəyə çıxarılacağı və səsə qoyulacağı hələlik bəlli deyil. İrandakı radikal qruplar qanun layihəsinin kifayət qədər sərt olmadığını bildirərək qəzəbləniblər. “Kayhan” qəzetinin redaktoru Hüseyn Şəriətmədari  bu fonda yazır: “Sanki qanun layihəsi hicabın açılması məsələsi ilə bağlı yox, mövcud hüquqi əngəlləri aradan qaldırmaq və bu çirkin, iyrənc vəziyyətin yayılmasına zəmin yaratmaq üçün hazırlanıb”. “Həmşəhri” qəzeti Prezident İbrahim Rəisi hökumətini qanun layihəsini ləğv etməyə çağırıb. Onlar bu qanunun polisin hərəkətə keçməsinin qarşısını alacağını və qanunu pozanlara “toxunulmazlıq” yaradacağını iddia edib. Tənqidlərdən sonra hökumət sözçüsü Əli Bahadori Cəhromi bildirib ki, qanun layihəsinin media tərəfindən dərc olunan mətni hökumətin təsdiqlədiyi variant deyil. Millət vəkili Məhəmməd Əli Naqali qanunun indiki halda qəbulunu mümkünsüz hesab edir: “Mövcud şəraitdə parlament hicab qanun layihəsini qəbul etmir. Biz qanun layihəsini dəyişdirəcəyik və cəzalar vasitəsilə çəkindirici qüvvə yaradacağıq”. Britaniyada yaşayan feminist fəal Samaneh Savadi “Fərda” radiosuna bu xüsusda bildirib: “İslam Respublikası ümidsiz şəkildə öz tərəfdarlarını razı salmağa, eyni zamanda beynəlxalq ictimaiyyəti bu hərəkətlərin qanuni olduğuna inandırmağa çalışır. İndiyə qədər hər ikisində uğursuz olub”. Savadi qanun layihəsinin, hakimiyyət orqanlarının İranda “cins ayrıseçkiliyini” gücləndirmək cəhdi olduğunu bildirib. Səlahiyyətlilər son həftələrdə müştərilərinə hicab qanununu tətbiq etmədiklərinə görə, kafe və ticarət mərkəzləri də daxil olmaqla, yüzlərlə müəssisəni bağlayıblar. Hüquqşünas və keçmiş vitse-prezident Şahindoxt Molaverdi  isə məsələ ilə bağlı bildirir: “Proqnozlar göstərir ki, bu toqquşmalar çox da uzaq olmayan gələcəkdə etirazların yayılmasına səbəb olacaq”. Bu fonda İslam inqilabçısından dissidentə çevrilmiş iranlı Əbülfəzl Qədyani ölkənin islam rəhbərliyini devirmək üçün inqilaba hazır ola biləcəyini deyir. Onun sözlərinə görə, İranda etirazçıların edamı, repressiv siyasət və yoxsul həyat insanların qəzəbini daha da artırır. Qədyani bildirib ki, İranda siyasi dəyişikliyin ən dinc yolu Ali dini rəhbər Ayətullah Əli Xamneyinin könüllü istefa verməsi və xalqdan üzr istəməsidir. Onun sözlərinə görə, bu, demokratik idarəetmə sisteminə yol aça bilər. Amma o əlavə edib ki, totalitar liderliyin xarakteri və əvvəlki tarixi tendensiyalar bunu, demək olar ki, qeyri-mümkün edir: “Xamneyini millətin yolundan çəkin ki, xalq sistemi bərpa etmək üçün azad referendum keçirə bilsin”. Xamneyini sərt tənqid edən Qədyani dəfələrlə İran hakimiyyəti tərəfindən həbs edilib. O, son illərdə Xamneyini tənqid edən çoxlu məktub və qeydlər dərc edib. O, həmçinin, Xamneyini məktəblərdə əsasən qızlar arasında şübhəli xəstəliklər dalğasının arxasında durmaqda suçlayıb. Bəzi insanlar hökuməti “Qadın, Həyat, Azadlıq” etiraz hərəkatında gənc qadınların və tələbələrin iştirakına görə qisas almaq üçün məktəblərə zəhərli qaz buraxmaqda günahlandırıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ