CBS News telekanalı xəbər verir ki, Fars körfəzinin şərq hissəsində "CGM San Antonio" ticarət gəmisi hücuma məruz qalıb. Məlumata əsasən, gəminin qurudan atılan raketlə vurulduğu bildirilir. Hadisə nəticəsində Filippin vətəndaşlarından ibarət heyətin bir neçə üzvü yaralanıb. Gəminin sahibi olan Fransa şirkəti CMA CGM də insidenti təsdiqləyib. Şirkətin açıqlamasına görə, gəmi Hörmüz boğazı yaxınlığında hərəkət edərkən zədələnib və ekipaj üzvləri arasında xəsarət alanlar var.
İRADƏ