Hörmüz boğazında Fransaya məxsus ticarət gəmisinə hücum olub.
Fransanın CMA CGM gəmiçilik şirkəti konteyner gəmisinin dünən hücuma məruz qaldığını açıqlayıb. Gəmiçilik şirkəti AFP-yə bildirib ki, hücum nəticəsində "San Antonio" gəmisinin bir neçə heyət üzvü yaralanıb. Gəmiyə ziyan dəyib.
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalan gəmilərə kömək etmək məqsədi daşıyan "Azadlıq" əməliyyatını müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyini açıqlayıb.
İran mediası isə ABŞ-ın qərarını "uğursuzluq" adlandırıb.
Tahir TAĞIYEV