şənbə günü, 26 sentyabr 2026
     

ABŞ-İran atəşkəsi qüvvədə - Hörmüz böhranı dərinləşir...

Image


ABŞ-ın müdafiə naziri Pit Heqset İranla əldə olunmuş atəşkəs razılaşmasının hələ də qüvvədə olduğunu bəyan edib. Bu açıqlama gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir; belə ki, daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri İrandan atılan raketləri zərərsizləşdirdiyini, ABŞ hərbi qüvvələri isə İranın altı hərbi katerini batırdığını açıqlamışdı.

Son hadisələr ABŞ və İsrailin İranla genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlayacağı ilə bağlı narahatlıqları artırıb. Fevralın 28-də ABŞ və İsrailin zərbələri başladıqdan sonra İran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Buna cavab olaraq, ABŞ hərbi gəmiləri İran limanlarını tam blokadaya alıb. ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzində sıxışıb qalan bir sıra kommersiya gəmilərini müşayiət etməyə başlayıb. Pentaqonda keçirilən mətbuat konfransında çıxış edən P.Heqset bu əməliyyatın "müvəqqəti həll yolu" olduğunu bildirib və rəsmi Tehrandan blokadaya son qoymağı tələb edib: "İranın beynəlxalq su yollarında bitərəf ölkələrin gəmilərini və onların yüklərini əngəlləməsinə icazə verilə bilməz. İranlılar boğaza nəzarət etdiklərini deyirlər. Bu doğru deyil. Atəşkəs isə qüvvədən düşməyib. Biz özümüzü qətiyyətlə müdafiə edəcəyimizi bildirmişdik və hazırda bunu edirik. İran tərəfi də bundan agahdır. Atəşkəsin pozulub-pozulmadığına dair son qərarı isə prezident verəcək". ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə bildirib ki, aprelin 8-də atəşkəs elan olunandan bəri İran ABŞ qüvvələrinə qarşı 10-dan çox hücum həyata keçirib. Lakin onun sözlərinə görə, bu insidentlər hələlik genişmiqyaslı hərbi əməliyyatların bərpası həddini keçməyib. General Keyn həmçinin vurğulayıb ki, Hörmüz boğazından keçid imkanı olmadığı üçün hazırda 1 min 550-dən çox kommersiya gəmisi və təxminən 22 min 500 dənizçi körfəzdə sıxışıb qalıb.

ABŞ prezidenti Donald Tramp isə "Fox News"a müsahibəsində xəbərdarlıq edib: İran ABŞ gəmilərini hədəfə alarsa, bu ölkə yer üzündən silinəcək.

Hazırda Hörmüz boğazında gərginlik kəskin şəkildə artıb, Vaşinqtonla Tehran arasındakı atəşkəs isə olduqca kövrəkdir. Donald Tramp kommersiya gəmiçiliyini bərpa etmək məqsədilə "Azadlıq Layihəsi"ni elan edib. "Maersk" gəmiçilik nəhəngi bildirib ki, gəmilərindən biri ABŞ hərbi qüvvələrinin müşayiəti ilə boğazdan uğurla keçib. Lakin risklər hələ də yüksəkdir. ABŞ Hərbi Dəniz Qüvvələri bu cür riskli şəraitdə dəniz nəqliyyatının təhlükəsizliyini necə təmin edəcək? Bu strateji yanaşma münaqişənin genişmiqyaslı eskalasiyaya çevrilməsinin qarşısını almaq üçün kifayətdirmi? İstefada olan vitse-admiral Robert Marrett qeyd edir ki, son baş verənlər münaqişənin genişlənməsi ehtimalını artırır. Onun sözlərinə görə, İranla razılıq əldə olunmadan naviqasiyanı təmin etmək olduqca çətindir: "Həm boğazın dar coğrafiyası, həm də İranın kiçik qayıqlar, pilotsuz uçuş aparatları və digər asimmetrik vasitələrlə hücum potensialı taktiki baxımdan vəziyyəti mürəkkəbləşdirir. Buna baxmayaraq, sərbəst naviqasiyanı bərpa etmək üçün atılan hər bir addım dəyərlidir". Gəmilərin necə qorunmasına gəlincə, vitse-admiral bildirib ki, yaxın müşayiətdən çox hava vasitələrinə üstünlük verilir. Marrett vurğulayır ki, təhlükəsizliyi təmin etmək üçün gəmilərə fiziki olaraq yaxın olmaq şərt deyil: "Mayın 4-də müşahidə olunan hücumlar zamanı əməliyyatlara helikopterlər və böyük ehtimalla digər aviasiya vasitələri də dəstək verirdi. Pentaqonun əməliyyat xəritələri bəzi hərbi gəmilərin boğazdan kənarda – Oman körfəzi və hətta Ərəbistan dənizi sularında mövqe tutduğunu göstərir. Bu isə o deməkdir ki, taktiki vəziyyətin mürəkkəbliyinə rəğmən, güclü hava müdafiəsi çətiri vasitəsilə təhlükəsizliyi məsafədən də təmin etmək mümkündür". R.Marrett ən böyük narahatlığının tam eskalasiya, yəni atəşkəsin tamamilə iflası və münaqişənin genişlənməsindən olduğunu bildirir: 'İkinci məsələ isə çox sayda gəminin təhlükəsiz keçidinin təminatıdır. Bunun üçün yalnız gəmi kapitanlarının deyil, həm də daşıyıcı şirkətlərin və sığortaçıların inamı lazımdır. Bu inamı qazanmağın ən effektiv yolu isə İranla müəyyən bir razılığa gəlməkdir". İranın boğaza nəzarət imkanlarını şərh edən Marrett bunu real üstünlük hesab edir və həm coğrafi mövqeyin, həm də mövcud imkanların buna şərait yaratdığını bildirir. Bununla belə, admiral əlavə edir ki, İran da Hörmüz boğazının açıq qalmasında maraqlıdır, çünki ölkə iqtisadiyyatı birbaşa bu yoldan asılıdır. ABŞ-nin bölgədəki hərbi gücü isə diplomatik həll üçün mühüm rıçaq rolunu oynayır. R.Marrett mövcud gərginliyin sürətlə genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalını istisna etmir: "İranın münaqişəni genişləndirmək üçün kifayət qədər imkanları var. Son 24 saat ərzində BƏƏ-dən də narahatedici siqnallar daxil olur. Əgər onlar münaqişə coğrafiyasını digər regional tərəfdaşları da əhatə edəcək şəkildə böyütsələr, bu, son dərəcə kritik bir vəziyyət yaradacaq. Vəziyyəti qısa müddətdə gərginləşdirə bilərlər, lakin hazırda narahatedici məqamlara rəğmən, bunun baş verəcəyinə dair hələ ki, aydın sübutlar yoxdur".

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ