2025-ci ildə Pakistanın Pəncab əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər ki, səfirlik vasitəsilə həyata keçirilən layihə çərçivəsində daşqınlardan zərər çəkmiş 400 ailəyə əsas ərzaq məhsulları və gündəlik tələbat mallarından ibarət yardım paketləri təqdim olunub.
Bu aksiya Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla, qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirib.
ZÜMRÜD