Bazar ertəsi günü, 05 oktyabr 2026
     

BƏƏ OPEC-də neft kvotasını iflas etdirdi - hamı hasilatı artırır...

Image


İlham Şaban: "Gündəlik hasilatı bir milyon barel artırmaq sadəcə mühasibatlıq işi deyil"

BƏƏ-nin OPEC-dən çıxması və hasilatı artıracağını elan etməsi, ardınca OPEC-in özünün də gündəlik hasilatı 188 min barel artırmaq qərarı neft bazarında yeni mərhələnin başladığını göstərir. Bu iki xəbər bir-biri ilə bağlıdır və kartelin daxilindəki gərginliyi, eyni zamanda qlobal enerji balansındakı dəyişikliyi əks etdirir.

BƏƏ uzun müddətdir OPEC+ çərçivəsində özünə ayrılan kvotadan narazı idi. Ölkə son illərdə neft hasilatı gücünü ciddi şəkildə artırıb. ADNOC milyardlarla dollar investisiya qoyaraq hasilat potensialını gündə 5 milyon barelə çatdırmağı hədəfləyir. Amma OPEC+ razılaşmasına görə Əbu-Dabi gündə təxminən 3,2 milyon barel hasil edə bilirdi. Yəni faktiki gücünün 35 faizi boş dayanırdı. Səudiyyə Ərəbistanı isə bazarda qiyməti saxlamaq üçün könüllü ixtisarlara gedir və bütün yükü öz üzərinə götürürdü. BƏƏ hesab edir ki, bazar payını itirir və investisiyalarının qarşılığını ala bilmir. Çıxmaq və hasilatı artırmaq qərarı məhz bu narazılığın nəticəsidir. Rəsmi açıqlama olmasa da, bazar bunu OPEC-dən faktiki uzaqlaşma kimi oxuyur. Hətta formal olaraq qalacağını desə də, kvotaya əməl etməyəcək.

OPEC-in 188 min barel artım qərarı isə kartelin dağılmasının qarşısını almaq cəhdidir. Səudiyyə başa düşür ki, BƏƏ-ni saxlamaq üçün ona güzəşt etmək lazımdır. Əgər bütün üzvlər hasilatı artırmaq istəyirsə, ixtisar siyasətini davam etdirmək OPEC-in özünü parçalayacaq. Ona görə minimum artımla həm BƏƏ-ni razı salmaq, həm də "biz hələ də birlikdəyik" mesajı vermək istəyirlər. Amma 188 min barel simvolik rəqəmdir. BƏƏ təkbaşına gündə 500-800 min barel əlavə neft çıxara bilər. Yəni OPEC-in qərarı BƏƏ-nin planının qarşısını almır, sadəcə legitimləşdirir.

Bazar üçün bunun üç nəticəsi var. Birincisi, təklif artacaq və qiymətə aşağı təzyiq yaranacaq. Brent 110-120 dollar aralığında olanda BƏƏ və Səudiyyə hasilatı artırsa, qiymət 90-100 dollara enə bilər. Bu, büdcəsini 80 dollardan hesablayan ölkələr üçün problem deyil, amma 100-dən yuxarı gözləyənlər üçün gəlir itkisi deməkdir. İkincisi, OPEC-in qiymətə təsir gücü zəifləyir. Kartel 2016-cı ildən bəri bazarı könüllü ixtisarla idarə edirdi. İndi ən iri üzvlərdən biri qaydaları pozanda digərləri də kvotaya əməl etməyəcək. İraq, Küveyt, hətta Rusiya da "biz niyə az çıxaraq" deyəcək. Üçüncüsü, ABŞ-ın əli güclənir. Vaşinqton illərdir OPEC-i hasilatı artırmağa çağırırdı ki, benzin qiyməti düşsün. İndi BƏƏ-nin addımı və OPEC-in güzəşti ABŞ-ın istədiyini verir. Tramp administrasiyası isə bunu öz diplomatik qələbəsi kimi təqdim edəcək.

Azərbaycan üçün isə nəticə qarışıqdır. Qiymət 100-dən 90-a düşsə, büdcə gəlirləri azalacaq, amma fəlakət deyil. Çünki büdcə 65-70 dollara hesablanıb. Əsas risk OPEC-in dağılması ssenarisidir. Əgər kartel nəzarəti itirsə və "hamı özü üçün" prinsipi başlasa, qiymət 60-70 dollara da enə bilər. Onda Neft Fondundan transferlər azalacaq, Qarabağda bərpa işləri, sosial paketlər ləngiyəcək. Digər tərəfdən, BƏƏ-nin müstəqil oyunçu olması SOCAR üçün yeni imkanlar açır. Əbu-Dabi ilə birgə layihələr, üçüncü ölkələrdə əməkdaşlıq, TANAP-TAP dəhlizində əlavə həcmlər müzakirə oluna bilər.

Yekunda, BƏƏ-nin addımı OPEC daxilindəki çatın böyüdüyünü göstərir. Kartel ya yeni qaydalarla razılaşacaq və hamıya daha çox kvota verəcək, ya da dağılma prosesinə girəcək. 188 min barel artım isə sadəcə vaxt qazanmaq cəhdidir. Əsl sual budur: Səudiyyə qiyməti qorumaq üçün yenidən təkbaşına ixtisara gedəcək, yoxsa o da bazar payı uğrunda mübarizəyə qoşulacaq. Birinci halda OPEC qalır, ikinci halda neft bazarında 2014-2016-cı illərdəki kimi qiymət müharibəsi başlaya bilər.

Neft sənayesi üzrə mütəxəssis İlham Şaban məsələyə münasibət bildirərkən dedi ki, BƏƏ OPEC-dən getsə də onun gündəlik 5 milyon barel ixrac həcminə çatması üçün ən azı 3 il vaxt lazımdır, yəni bu dərhal baş verən hadisə deyil: "Gündəlik hasilatı və ya ixracı bir milyon barel artırmaq sadəcə mühasibatlıq işi deyil, buna investisiya, resurslar və zaman lazımdır. Məsələn, İranın BƏƏ-yə dünənkı hücumu nəticəsində dəniz əməliyyatları, hasilat tamamilə dayandırıldı. Onsuz da bu ölkənin dəniz əməliyyatları İranla müharibə başlayandan bəri minimum həddə enmişdi. Üstəlik, ixrac imkanları məhdud olduğuna görə quruda da hasilat azalıb. Yalnız gündəlik 1,8 milyon barel boru kəməri ilə ixrac imkanı qalır. Bundan əvvəl isə BƏƏ gündəlik 3,5 milyon barel neft ixrac edirdi. Yəni ixrac iki dəfəyə qədər azalıb.

Eyni zamanda hazırda neftin qiyməti 100-110 dollara qalxıb. Çünki aprelin 8-dən başlayan atəşkəs real sülhə çevrilməyib. Bu da bazarları gərginlikdə saxlayır. İyun ayında Hörmüz boğazı açılsa belə boğazın tam gücü ilə işə salınmasına zaman lazım olacaq, bu 20 gündə də ola bilər, 1-2 ay da uzana bilər. Lakin Qətər kimi neft-qaz sənayesi fiziki zərərlər alan ölkə üçün bərpa dövrü daha uzun çəkəcək. Bu baxımdan OPEC-in iyun ayından başlayacaq gündəlik 188 min barellik kvota artımı reallaşa biləcəkmi, biz onu iyul ayında kartelin hesabatı dərc ediləndə biləcəyik."

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ