Cümə axşamı günü, 30 iyul 2026
     

“Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır” - Vüqar Rəhimzadə

Image


Avropa qitəsində təhlükəsizliyin, sabitliyin və rifahın gücləndirilməsi məqsədilə yaradılan “Avropa Siyasi Birliyi” Avropa İttifaqı üzvləri ilə yanaşı, qitənin digər ölkələrini də bərabərhüquqlu tərəfdaş kimi bir araya gətirir. Azərbaycanın bu Birliyin Zirvə toplantılarında iştirakı, günün aktual məsələləri ilə bağlı mövqeyinə verilən önəm ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, eyni zamanda, Avropa ilə əməkdaşlığının təqdimatında əhəmiyyətli rol oynayır.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını şərtləndirən mühüm amillərdən biri təbii ki, enerjidir. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafından bəhs edərkən “Tərəfdaşlıq prioritetləri” sənədinin ardınca 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etməliyik. Azərbaycanın enerji və nəqliyyat imkanları onun Avropa İttifaqı üçün önəmini artırır. Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır. Azərbaycan və Avropa İttifaqı rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar münasibətlərin inkişafına mühüm töhfələr verir. Hazırda Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir. Ötən il qurumun Tirana və Kopenhagendə keçirilmiş Zirvə görüşlərində ölkəmizin uğurla təmsil olunması, dövlətimizin başçısı İlham Əliyevin hər iki toplantı çərçivəsində keçirdiyi görüşlər münasibətlərə yeni dinamizm gətirib. Dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışları ilə diqqətdə olan ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına, yeni körpülərin qurulmasına çağırışlar edərək birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə, əlaqələrin coğrafiyasının genişləndirilməsinə səy göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Vətən müharibəsində şanlı Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərində yeni səhifə açmaq, bölgədə dayanıqlı sülhü təmin etmək üçün qarşı tərəfə sülh təklifini etdi. Hər zaman bu məqam da xüsusi vurğulanır ki, Azərbaycan tərəfinin sülh təklifi heç də 30 illik işğal, 44 günlük Vətən müharibəsi dövrünün reallıqlarını, faciələrimizi, torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin unudulması anlamına gələ bilməz. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh razılaşmasının əldə edilməsi zəruri idi. Azərbaycan humanist siyasətinə söykənərək Ermənistana sülh təklifini etməklə bir daha sülhsevər ölkə olduğunu nümayiş etdirdi. Azərbaycanın beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifinə beynəlxalq dəstək bu məqsədlə müxtəlif məkanlarda və tərkiblərdə keçirilən görüşlərdə özünün aydın ifadəsini tapdı. Azərbaycan addım-addım tarixi sülh razılaşmasının əldə edilməsinə doğru irəlilədi. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı əldə olunan tarixi sülh razılaşması artıq bölgəyə sülh gətirib.

Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha Azərbaycanın sülh təcrübəsinin, Avropa İttifaqı və üzv dövlətlərlə əlaqələrinin, həmçinin bəzi Avropa təsisatlarının ikili standartlara əsaslanan siyasətlərinə dövlətimizin münasibətinin təqdimatı oldu. Çıxış, həmçinin Azərbaycanın strateji baxışının, sülhə sadiqliyinin və beynəlxalq ədalət prinsiplərinə əsaslanan siyasətinin bir daha dünyaya nümayişi kimi dəyərləndirilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan və bunu konkret addımları ilə təsdiqləyən Azərbaycan “Avropa Siyasi Birliyi” platformasından da dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığlı problemləri bəyan etdi. Prezident İlham Əliyevin hər zaman çağırışlarında bu reallıq xüsusi qeyd edilir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, işğal dövründə Azərbaycan üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Azərbaycanın işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə İkinci Qarabağ müharibəsi zamanı məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağı beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyi nadir bir təcrübədir. Dövlət başçısı İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında da bu məqamlara xüsusi diqqət yönəltdi. “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub” söyləyən cənab İlham Əliyev bildirdi ki, sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını - benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyətin bağlantılar olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etdi.

Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təşəkkürünü bildirdi və qeyd etdi ki, onun Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı Zirvə görüşündə iştirakı müzakirə edilərək tədbirə videobağlantı formatında qoşulacağına razılıq əldə edildi. Bu xatırlatmanı da etdi ki, bir il öncə Tiranaya səfəri zamanı Prezident Antonio Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına fikrini soruşublar. Prezident İlham Əliyev bu ideyaya dəstəyini ifadə edib. Dövlətimizin başçısı, həmçinin tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış edib. Təklif qəbul olunub. “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edən dövlətimizin başçısı Ermənistanın namizədliyimizi dəstəkləməsini iki ölkə arasında sülhün real olmasının aydın göstəricisi kimi dəyərləndirdi.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışları özündə ehtiva edir. Belə ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı inkişaf səviyyəsindən bəhs edən Prezident İlham Əliyev çıxışında bütün Avropa təsisatlarının eyni yanaşmanı sərgiləmədiyini də bildirdi. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməyib. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özü icra etdi. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Avropa Parlamentinə gəldikdə isə bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsindən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev beş il ərzində 14 qətnamənin qəbulunu aludəçilik kimi dəyərləndirdi.Sonuncu qətnamə bu günlərdə- Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Prezident İlham Əliyev Azərbaycan parlamentinin qəbul edilən bu qərarla bağlı səhv informasiya və manipulyasiya olmaması üçün həmkarlarını baş verənlər barədə məlumatlandırmaq istədiyini vurğuladı.

Millət vəkili qeyd edib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, real faktları və tarixi həqiqətləri özündə əks etdirən təbliğatı ölkəmizə qarşı bütün əsassız cəhdlərin qarşısını qətiyyətlə alır. Azərbaycan hər zaman olduğu kimi, bu gün də təhlükəsizliyin, sülhün, əməkdaşlığın, sabitliyin tərəfdarı olaraq bütün məsələlərin ədalət və beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasına səy göstərir. Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

29.07.2026 / 16:03
Tramp Zelenskiyə Putinlə razılaşmaq üçün yeni ideya verdi...

29.07.2026 / 15:55
İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

29.07.2026 / 15:41
İsrail Türkiyəni hədələdi - “imkan vermərik Ərdoğan Suriyanı bizə qarşı gücləndirsin”...

29.07.2026 / 14:41
Balakəndə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlandı...

29.07.2026 / 14:28
Ağdamdakı yanğın təhlükəli şəkildə genişlənir - minalanmış ərazilərdə partlayışlar baş verir...

29.07.2026 / 14:12
Finlandiya Rusiyanın xarici internet trafikini dayandırır...

29.07.2026 / 13:58
Konqresmenlər futbol çempionatı ilə bağlı Trampa ittihamlar irəli sürdülər... Bilet və icarə maxinasiyaları...

29.07.2026 / 13:31
Səudiyyə və ABŞ-ın İraqa hücumun nəticəsində ölənlərin sayı 20-yə çatdı...

29.07.2026 / 13:17
ABŞ-ın tələbi olmadan İsrail İrana hücum etməyəcək - Netanyahu Trampa söz verdi...

29.07.2026 / 13:00
Futbol dünyası ŞOKda... FİFA prezidentinə milyardlarla dollarlıq gizli təklif - Tramp ailəsi Dünya Kubokunu ələ keçirir...

29.07.2026 / 12:25
İran Omanın Hörmüzlə bağlı təklifini rədd etdi – bizim təklifi dəstəkləməsələr...

29.07.2026 / 12:10
Ukrayna Rusiyanın neft sənayesini çökdürür - bir ayda bombalanan 6 böyük neft zavodu işini dayandırdı...

29.07.2026 / 11:57
Ukrayna dayanmır – “Wildberries”in Ryazandakı anbarı da vuruldu...

29.07.2026 / 11:40
FSB-dən “Telegram”ın qurucusuna ağır ittiham – Durovla bağlı ŞOK QƏRAR verildi...

29.07.2026 / 11:27
Putinin Trampa verdiyi qələbə vədləri uğursuz oldu – Ukraynanın müqaviməti hər şeyi dəyişdi...

29.07.2026 / 11:10
Universitetlərə ixtisas seçimi avqustun 10-dan sonra başlayacaq...

29.07.2026 / 11:02
Bir gündə baş verən 42 cinayətin üstü açıldı...

29.07.2026 / 10:46
Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər

29.07.2026 / 10:32
DİM 11 saxta beynəlxalq dil sertifikatı aşkarlayıb

29.07.2026 / 10:10
Salyanda keçmiş kürəkənini güllələyən şəxs saxlandı

29.07.2026 / 09:36
Husilər "Saudi Aramco"-nu da vurdu - zavod işini dayandırdı

29.07.2026 / 09:12
SEPAH Hörmüz boğazından keçməyə cəhd edən üç tankeri saxladı...

29.07.2026 / 06:21
ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı hədəflərə birgə zərbə endirdi

29.07.2026 / 00:00
İrana qarşı müharibə ABŞ-a 151 milyard dollara “oturub”…

28.07.2026 / 23:43
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxır? - eks-səfir əmindir…

28.07.2026 / 23:30
BRTK Nümayəndə Heyəti Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Feyziyevlə görüşdü

28.07.2026 / 21:43
İlham Əliyev İsrail ermənilərini çaşdırıb - ermənilər bu ölkənin də siyasətini ələ almaq istəyir...

28.07.2026 / 21:26
Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

28.07.2026 / 21:08
Fermerlər Paşinyanı Putinə ağız açmağa məcbur etdilər...

28.07.2026 / 20:45
Putin Paşinyanı tələsdirir - Gizli niyyətlər var...

28.07.2026 / 20:31
Bakıdakı məhkum separatçı ermənilər barədə Avropa məhkəməsinə hesabat verilməlidirmi?...

28.07.2026 / 20:14
Azərbaycana yalnız münaqişə tərəfi kimi baxanlar 21-ci əsrin mükəmməl Avropa nizamını qura bilməz...

28.07.2026 / 19:52
Həssas Baltik bölgəsində Türkiyə F-16-ları rus qırıcıları ilə toqquşa bilər...

28.07.2026 / 19:40
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir" - Vüqar Rəhimzadə

28.07.2026 / 19:36
ABŞ senatorları Rusiya və İrana qarşı yeni sanksiyalar barədə razılığa gəldi - Trampdan da dəstək var...

28.07.2026 / 19:20
Tramp Netanyahunu İranla bağlı açıqlamalarına görə tənqid etdi - niyə bunu bütün dünyaya elan edirsən?...

28.07.2026 / 19:08
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı...

28.07.2026 / 18:52
Avroittifaq Ermənistan qarşısında Rusiya ilə bağlı sərt tələblər qoydu - ƏLAQƏLƏRİ KƏSİN... - Rus kəşfiyyatından ŞOK İDDİA...

28.07.2026 / 18:07
Paşinyanın arvadı Akopyan ölüm təhdidləri aldığını iddia edir...

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ