Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenskini "iki beyinsiz rusofob" adlandırıb.
"Bu gün Yerevanda rus dilində əla danışan iki beyinsiz rusofob, məhz rusofobluqları üzündən məhdud bildikləri zəif ingilis dilində söhbət etdilər. Hərçənd, çox güman ki, bu, kamera qarşısı üçün hesablanmışdı, amma sonradan da söhbətlərini o möhtəşəm dildə davam etdirdilər.
Yeganə çatışmayan şey Tramp və Vensin bu cahillərdən ingilis dili imtahanı götürməsi ola bilərdi...”, - deyə Medvedev yazıb.
SAMİRƏ