Türkiyə ilə Ermənistan arasında Ani Körpüsünün birgə bərpası ilə bağlı müqavilə imzalanıb. Bunu 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün İrəvana səfər edən Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib.
Tarixi körpünün bərpasını nəzərdə tutan rəsmi müqaviləni Türkiyə tərəfdən Serdar Kılıç, Ermənistan tərəfdən isə Ruben Rubinyan imzalayıb.
Tahir TAĞIYEV