ABŞ prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli hədəf almaqda davam edir.
Ötən cümə günü, Pauellin səlahiyyət müddəti bitdikdən sonra bankın idarə heyətində qalmaq qərarı və bu məsələ ilə bağlı hər hansı bir tədbir görüb-görməyəcəyi barədə suala Tramp "Xeyr, vecimə deyil, qalırsa qalsın" cavabını vermişdi. Tramp Pauelin sədrlik müddəti bitdikdən sonra idarə heyətinin tərkibində qalacağı ilə bağlı açıqlamasını "çox qeyri-adi" adlandırıb: "Bunu təxmin edirdim, çünki, açığı, onu kim işə götürəcəkdi? Buna görə onun qalacağını gözləyirdim".
Paueldən "mənfi qüvvə" kimi bəhs edən Tramp, FED binasının təmir xərclərinin onu faiz dərəcələrindən daha çox qəzəbləndirdiyini bildirmişdi.
Bu açıqlamaların ardından ABŞ prezidenti “Truth Social” sosial media hesabında süni intellekt tərəfindən yaradılan və Paueli hədəfə alan bir şəkil paylaşıb. Sözügedən şəkildə Trampın "Cerom Paueli zibil qutusuna atdığı" təsvir olunub, başlıqda isə "Çox gec" yazılıb. Tramp həmçinin Paueli "Amerika üçün fəlakət" adlandırıb və "Faiz dərəcələri çox yüksəkdir" deyib.
Tahir TAĞIYEV